TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
Tərəflər söhbət zamanı regional və qlobal məsələləri nəzərdən keçiriblər
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi M.Salman ilə telefon danışığı keçirib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon vasitəsilə əlaqə saxlayıb.

Söhbət zamanı Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli əlaqələr müzakirə olunub. Bununla yanaşı, regional və qlobal məsələlər də nəzərdən keçirilib.

Prezident R.T.Ərdoğan Türkiyə tərəfi olaraq, Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlardan təəssüf hissi keçirdiklərini bildirib. O, həmçinin regionda daimi sülhün bərqərar olması, əmin-amanlıq və sabitliyin hökm sürməsi üçün səylə çalışdıqlarını vurğulayıb.

İsrailin Qəzza üzrə sülh planının ikinci mərhələsinə dair yol xəritəsinə dəqiqliklə riayət etməsinin vacibliyinə toxunan ölkə başçısı R.T.Ərdoğan bunun sülh üçün şərt olduğunu qeyd edib. O, Türkiyənin prosesləri çox yaxından izlədiyini diqqətə çatdırıb.

MƏNBƏ:TRT