TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan Ayasofyanın ibadətə açılmasının 6-cı ildönümünü münasibəti ilə paylaşım edib
R.T.Ərdoğan “NSosial” hesabı üzərindən etdiyi paylaşımda Ayasofyanın ibadətə açılmasının önəmini bir daha qeyd edib
Prezident R.T.Ərdoğan Ayasofyanın ibadətə açılmasının 6-cı ildönümünü münasibəti ilə paylaşım edib
Prezident R.T.Ərdoğan Ayasofyanın ibadətə açılmasının 6-cı ildönümünü münasibəti ilə paylaşım edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ayasofya-yi Kebir Cami-i Şərifi”nin yenidən ibadətə açılmasının 6-cı ildönümünü təbrik edib.

Bu barədə Prezident R.T.Ərdoğan “NSosial” hesabında paylaşım edərək deyib:

"Ayasofya 86 illik həsrətdən sonra, 6 il əvvəl məhz bu gün yenidən öz əsl hüviyyətinə qovuşdu. Bu müqəddəs məbəd, inşallah, əbədiyyətə qədər səmalarımızı azan səsləri ilə bəzəməyə davam edəcək. Ayasofyanın dirçəlişi mübarək olsun."

MƏNBƏ:TRT