İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsini tənqid edən Fransaya sərt cavab verib. O, sosial media hesabında etdiyi paylaşımda Fransanın İrandakı etirazçılarla bağlı mövqeyinə reaksiya göstərib.
Fransanın Qəzzadakı soyqırımla bağlı mövqeyini xatırladan A.Əraqçi deyib: "Fransa kimi ölkələr dünyaya insan hüquqları və beynəlxalq hüquq dərsi keçməyi dayandırmalıdır.
TÖVSİYƏ EDİLƏN
Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı (Aİ) və 26 ölkənin İranda "etirazçıların edamını və özbaşına həbsləri" pisləyən birgə bəyanat yaydığını açıqlayıb.























