DÜNYA
1 dəqiqə oxuma
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Hadisə ilə bağlı istintaq başlayıb
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb

Misirin paytaxtı Qahirədə ticarət mərkəzində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 17 nəfər isə yaralanıb.

Hadisə Yeni Qahirə rayonunda yerləşən "Arabella Plaza" ticarət mərkəzinin birinci mərtəbəsindəki hədiyyə və oyuncaq mağazasında helium qaz balonunun partlaması səbəbindən baş verib.

Misir Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir ki, "Arabella Plaza"da baş verən partlayışdan sonra alışan kiçik yanğın mülki müdafiə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Partlayışın təsirindən yaxınlıqdakı bir neçə mağazaya da zərər dəyib.

Misir Baş Prokurorluğu fəlakətin baş verdiyi obyekt sahibinin həbs edilməsi barədə qərar çıxarıb.

İlkin istintaq nəticələrinə əsasən, partlayışa məhz qaz balonu səbəb olub. Hadisənin dəqiq təfərrüatlarını müəyyənləşdirmək üçün ekspert qrupu təyin edilib, araşdırmalar davam etdirilir.