Pakistanın Lahor şəhərində törədilən iki ayrı silahlı hücum nəticəsində üç polis əməkdaşı həlak olub, üç nəfər isə yaralanıb.
Pakistanın "Samaa TV" telekanalının məlumatına görə, silahlı şəxslər şəhərin Badami Bağ və Navan Kot ərazilərində asayiş keşikçilərini hədəf alıblar. Badami Bağ ərazisində iki polisi qətlə yetirən iki silahlı şəxs daha sonra Navan Kota keçərək burada daha bir polislə mühafizəçini öldürüb, üç nəfəri isə yaralayıb.
Cinayəti törətdikdən sonra avtomobillə ərazidən uzaqlaşan hücumçular yaxınlıqdakı evlərdən birinə daxil olaraq oradakı şəxsləri girov götürüblər. Əraziyə cəlb olunan polis qüvvələri ilə cinayətkarlar arasında baş verən atışma nəticəsində hücum edənlərin hər ikisi zərərsizləşdirilib.
Polis əməkdaşları hücumlarda əli olduğu ehtimal edilən üçüncü şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
























