Türkiyənin Milli Müdafiə Nazirliyi Pakistanın Müstəqillik Günü münasibətilə təbrik mesajı yayaraq iki ölkə arasındakı sıx dostluq əlaqələrini bir daha vurğulayıb.
Nazirliyin rəsmi "NSosyal" platformasındakı paylaşımda bu ifadələrə yer verilib: "Dost və qardaş Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edirik’’.
Mesajda hər iki ölkənin qardaşlıq münasibətlərinə sadiq qalaraq gələcəyə birgə addımlayacağı vurğulanıb. Həmçinin iki ölkə arasındakı uzunmüddətli strateji münasibətlərə diqqət çəkilərək sıx əməkdaşlığın bundan sonra da qətiyyətlə davam etdiriləcəyi bildirilib.





















