TÜRKİYƏ
1 dəqiqə oxuma
Yunanıstandan Anadoluda türklərə qarşı törədilən qətliamla bağlı etiraf
Yunanıstanın dövlət kanalında canlı yayıma qatılan yunanıstanlı politoloq Yunanıstan dövlətinin Anadoluda törətdiyi cinayətləri qəbul etməli olduğunu vurğulayıb
Yunanıstandan Anadoluda türklərə qarşı törədilən qətliamla bağlı etiraf
Yunanıstandan Anadoluda türklərə qarşı törədilən qətliamla bağlı etiraf

Yunanıstanın ERT dövlət televiziyasının canlı yayımında "Anadoluda soyqırımı törətdik" etirafı səsləndirilib.

Verilişdə iştirak edən yunanıstanlı politoloq türkləri qətlə yetirdiklərini bildirib. O, işğalçıların ağlasığmaz işgəncələr verdiyini və cinsi zorakılıq cinayətləri törətdiyini etiraf edib.

Yunanıstanlı professor, politoloq Tanasis Diamantopulos Yunanıstanın Baş naziri Mitsotakisin də iştirak etdiyi 14 İyul - Fransanın Milli Günü tədbirlərindən edilən canlı yayım zamanı ERT televiziyasına qoşulub. O, ilk öncə Fransanın keçmişdə törətdiyi cinayətlərlə üzləşdiyini diqqətə çatdırıb.

Yunanıstanlı professor çıxışında deyib: “Fransa dövləti ölkələrinin müstəqilliyini istəyən 80 əlcəzairli ərəbin Sena çayında boğulması cinayətini rəsmi olaraq qəbul etdi. Buradan anlayırıq ki, yetkinləşən bir cəmiyyət öz cinayətlərini də görə bilir. Bəs Yunanıstan dövləti Lozanna müqaviləsinin 59-cu maddəsində yer alan faktlar çərçivəsində, Yunanıstan ordusunun Anadoluda törətdiyi cinayətləri nə vaxt rəsmi olaraq qəbul edəcək?”

Fransanın keçmişdə törətdiyi cinayətlərlə üzləşdiyini qeyd edən yunanıstanlı politoloq Tanasis Diamantopulos Yunanıstanın da eyni addımı atmalı olduğunu vurğulayıb.

MƏNBƏ:TRT