DÜNYA
1 dəqiqə oxuma
ABŞ İranın cənubuna ağır zərbələr endirib
Hörmüzqan valiliyi isə hadisə nəticəsində hələlik heç bir ölüm halının qeydə alınmadığını açıqlayıb
ABŞ İranın cənubuna ağır zərbələr endirib
ABŞ İranın cənubuna ağır zərbələr endirib

ABŞ İranın cənubundakı şəhərlərə hücum edib, nəticədə çoxsaylı partlayışlar baş verib.

Məlumata görə, İranın Bəndər Abbas, Sirik, Cask şəhərlərində və Qeşm adasında yeni partlayış səsləri eşidilib.

İran mediasının yaydığı məlumata görə, ölkənin cənub bölgələrində yerləşən Sirik və Bəndər Abbas şəhərlərində ümumilikdə 10 partlayış qeydə alınıb. "Mehr" xəbər agentliyi partlayışların Buşehr əyalətində də eşidildiyini bildirib.

Hörmüzqan valiliyi isə hadisə nəticəsində hələlik heç bir ölüm halının qeydə alınmadığını açıqlayıb.