İDMAN
2 dəqiqə oxuma
Türkiyə millisi 2026 FİFA Dünya Çempionatı turnirində sonuncu matçına çıxdı
Milli komanda turnirdəki axırıncı oyununu qələbə ilə yekunlaşdırdı
Türkiyə millisi 2026 FİFA Dünya Çempionatı turnirində sonuncu matçına çıxdı
Türkiyə millisi 2026 FİFA Dünya Çempionatı turnirində sonuncu matçına çıxdı / AA

Türkiyənin futbol üzrə milli komandası 2026-cı il FİFA Dünya Çempionatının D qrupundakı son oyununda ABŞ-ni "Los-Anceles" stadionunda 3:2 hesabı ilə məğlub edib. Bununla da, milli komanda turnirdəki axırıncı oyununu qələbə ilə yekunlaşdırıb.

Oyuna sürətli başlayan tərəf ABŞ komandası olub. Qarşılaşmanın 3-cü dəqiqəsində Oston Trasti topu Türkiyənin qapısına göndərərək hesabı açıb.

Türkiyə seçməsi rəqibin qoluna qısa müddətdə cavab verib. Barış Alper Yılmaz ABŞ müdafiəçilərindən sıyrılaraq topu "Real Madrid"in futbolçusu Arda Gülərə ötürüb. 10-cu dəqiqədə güclü zərbə ilə rəqib qapısına yol tapan Arda həm özünün, həm də komandasının bu Dünya Çempionatındakı ilk qoluna imza atıb.

Arda Gülərin vurduğu bu qol İlhan Mansızın 2002-ci ildə vurduğu qoldan bəri, yəni tam 24 il sonra Türkiyənin FİFA Dünya Çempionatında vurduğu ilk qol kimi tarixə düşüb.

İlk hissə qarşılıqlı hücumlarla davam edib. Türkiyə millisi mükəmməl paslaşmalardan sonra cərimə meydançasında Orkun Kökçünün 31-ci dəqiqədə vurduğu qolla yenidən hesabda önə keçib.

 

Yaxın məsafədən zərbə

İkinci hissəyə güclü başlayan ABŞ millisi 49-cu dəqiqədə bərabərliyi təmin edib. Bu, Türkiyə müdafiəçilərinin cərimə meydançasına edilən ötürməni tam uzaqlaşdıra bilməməsi nəticəsində baş verib. Topa çatan Sebastian Berhalter yaxın dirəyə qüvvətli zərbə endirərək qol vurub. Bu, onun milli komanda forması ilə vurduğu ilk qolu olub.

Türkiyə milli komandası 90+8-ci dəqiqədə Kaan Ayhanın yaxın məsafədən rəqib qapısına dəqiq zərbəsiylə komandasını önə keçirib. Bununla da, Türkiyə millisi 3:2 hesabı ilə turnirdəki ilk və tək qələbəsini qazanıb.

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella bu qələbədən sonra komandası ilə fəxr etdiyini bildirərək ölkəyə başları dik şəkildə dönəcəklərini ifadə edib. V.Montella artıq turnirdən kənarda qalmalarının gətirdiyi mənəvi yükə və ABŞ azarkeşlərinin təzyiqinə baxmayaraq, futbolçuların öz istedadlarını, potensiallarını və bacarıqlarını nümayiş etdirdiklərini dilə gətirib.

Qrupun digər oyununda isə Avstraliya və Paraqvay yığmaları qolsuz bərabərliyə razı olublar.

Bu nəticələrdən sonra ABŞ D qrupunu birinci sırada tamamlayaraq növbəti mərhələyə yüksəlib. Türkiyə isə qələbə qazanmasına baxmayaraq, sonuncu yerdə qərarlaşaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, ABŞ millisi 1/16 final mərhələsində Bosniya və Herseqovina komandası ilə qarşı-qarşıya gələcək.

MƏNBƏ:TRT
Araşdırma
160-dan çox idmançı İrlandiya-İsrail oyununu boykot etməyə çağırıb
Türkiyənin qadınlardan ibarət voleybol komandası Avropa çempionu oldu
Türkiyənin qadınlardan ibarət milli voleybol komandası yarımfinala vəsiqə qazanıb
Prezident Aparatının 7-ci Beynəlxalq Yaxta Yarışlarının "Zəfər Kuboku" mərhələsi başa çatıb
Malatyada 9-cu Beynəlxalq Qızıl Ərik şahmat turniri keçirilir
Türkiyə millisi Almaniyaya qarşı 3-1 qələbə qazandı
Dieqo Maradonanın "Tanrının əli" topu hərracda 3,35 milyon dollara satıldı
Kristiano Ronaldo futbolu buraxır?
İranlı qadın futbolçular sığınacaq tələbindən sonra Avstraliya vətəndaşı oldular
Məhəmməd Salah artıq "Trabzonspor" üçün qol vuracaq
Türkiyənin qadınlardan ibarət voleybol millisi Millətlər Liqasında ikinci dəfə çempion oldu
İspaniya millisi FIFA reytinqində zirvəyə yüksəldi
Fransa İsveçi məğlub edərək 1/8 finala yüksələn növbəti komanda oldu
Türkiyə FIBA 2027 Dünya Kubokunun seçmə mərhələsində liderliyini qoruyur
İran milli komandasının media heyəti ABŞ vizası ala bilməyi üçün Dünya Çempionatına gedə bilmədi
Dünya çempionatı Meksikanın qələbəsi və rəsmi açılış mərasimi ilə start götürdü
Türkiyə millisi DÇ ərəfəsində Floridada ilk məşqinə çıxdı
FIFA Dünya Çempionatında 48 ölkədən 1248 futbolçu iştirak edəcək
Türkiyə millisi artıq ABŞ-dədir
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı