Türkiyə 2026 FIFA Dünya Kuboku üçün son 26 nəfərlik heyətini açıqlayıb. İtaliyalı baş məşqçi Vinçenzo Montella yığmaya 26 futbolçu dəvət edib.
Turnir 11 iyun - 19 iyul tarixində keçiriləcək və Türkiyə Avropa seçmə mərhələsindəki uğurla vəsiqə qazanaraq Dünya Kubokuna qayıdır.
Qapıçılar: Altay Bayındır, Mərt Günok və Uğurcan Çakır;
Müdafiəçilər: Abdülkərim Bardakçı, Çağlar Söyüncü, Eren Elmalı, Fərdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Ozan Kabak, Samet Akaydın və Zeki Çelik;
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmayıl Yüksək, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan, Arda Gülər, İrfan Can Kahveci, Oğuz Aydın və Yunus Akgün;
Hücumçular: Barış Alpər Yılmaz, Can Uzun, Dəniz Gül, Kənan Yıldız, Kərəm Aktürkoğlu.
“Ay-ulduzlular” D qrupunda ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə qarşılaşacaqlar.
Qrup mərhələsinin cədvəli
Türkiyə Dünya Kubokundakı mübarizəsinə 14 iyunda, Vankuverdəki BC Place stadionunda Avstraliyaya qarşı başlayacaq.
Ay-yıldızlılar daha sonra 20 iyunda San-Fransisko körfəz bölgəsində Paraqvayla, 26 iyunda isə Los-Ancelesdə ev sahibi ABŞ-la qarşılaşacaq.
Qeyd edək ki, Türkiyə millisi D qrupunda ABŞ, Avstraliya və Paraqva ilə mübarizə aparacaq.
Türkiyənin qrup mərhələsinin oyunları (GMT):
• 14 iyun: Avstraliya-Türkiyə – 0400 (Vancouver) (TSİ 07.00)
• 20 iyun: Türkiyə-Paraqvay – 0300 (San-Fransisko körfəz bölgəsi) (TSİ 06.00)
• 26 iyun: Türkiyə-Amerika Birləşmiş Ştatları – 0200 (Los-Anceles) (TSİ 05.00)
Milli komanda qrup mərhələsindən irəliləməyi və turnirin pley-off mərhələsindəki yolunu davam etdirməyi hədəfləyir və 2002-ci il FİFA Dünya Kubokundakı tarixi üçüncülüyü təkrarlamağa ümid edir.












