Tehran hakimiyyəti Vaşinqton rəhbərliyinə çərçivə sazişi üçün 14 maddədən ibarət yeni təklif təqdim edib. Bu barədə məlumat mayın 2-də “Axios” xəbər agentliyi tərəfindən yayılıb.
Bildirilir ki, İran dövləti Hörmüz boğazının yenidən açılması, ABŞ dəniz ablukasının dayandırılması və İranla Livanda müharibənin daimi şəkildə başa çatdırılması ilə bağlı razılaşma üzrə danışıqlar üçün bir aylıq müddət tanıyıb.
Məsələylə bağlı mayın 2-də jurnalistlərə müsahibə verən ABŞ prezidenti Donald Tramp deyib: “Əgər özlərini yaxşı aparmasalar, səhv bir şey etsələr yeni hücumlar olacaq, hazırda vəziyyəti izləyirik. Bu, mümkün olan ehtimallardan biridir.”
Əldə olunan məlumata görə, təklif ilkin razılaşma əldə edildikdən sonra nüvə proqramına fokuslanacaq əlavə bir ay davam edəcək ikinci mərhələni də nəzərdə tutur.
Donald Tramp mayın 1-də İranın təklifindən məmnun olmadığını desə də, mayın 2-də jurnlistlərə verdiyi müsahibədə bildirib ki, İran tərəfindən təqdim olunan təklifi nəzərdən keçirəcək.
Bir neçə dəqiqə sonra isə D.Tramp “Truth Social” platformasında daha sərt mövqe sərgiləyərək “bu təkliflkərin qəbul edilə bilməcəyini” deyib və İranın “son 47 ildə insanlığa və dünyaya etdiklərinə görə hələ kifayət qədər ağır bədəl ödəmədiyini” iddia edib.
ABŞ prezidenti D.Tramp həmin açıqlamalarında İran limanlarına tətbiq olunan blokadanı etiraz doğurmayan bir tədbir kimi qiymətləndirərək bunun pis bir şey olmadığını irəli sürüb.












