İQTİSADİYYAT
2 dəqiqə oxuma
Cevdet Yılmaz: "Türkiyə qlobal qeyri-müəyyənlik mühitində investesiya imkanlarını gücləndirir"
C.Yılmaz Türkiyənin investisiya və sənaye fəaliyyətləri üçün sabit, proqnozlaşdırıla bilən və etibarlı bir tərəfdaş kimi ön plana çıxdığını bildirib
Cevdet Yılmaz: "Türkiyə qlobal qeyri-müəyyənlik mühitində investesiya imkanlarını gücləndirir"
Vitse-prezident Cevdet Yılmaz / AA

Vitse-prezident Cevdet Yılmaz Türkiyənin qlobal qeyri-müəyyənliklərlə inamla mübarizə apardığı bir vaxtda investisiya mühitini gücləndirmək məqsədilə yeni hüquqi, inzibati və maliyyə tədbirlərini həyata keçirdiyini deyib.

Paytaxt Ankarada bu gün (27 aprel 2026) keçirilən “Türkiyə Əsri: İnvestisiya üçün Güclü Mərkəz” toplantısında çıxış edən Yılmaz rəsmilərin ölkənin rəqabət qabiliyyətini və investisiya mühitini yaxşılaşdırmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğanın aprelin 24-də açıqladığı tədbirləri xalqa çatdırmaq məqsədilə bir araya gəldiklərini bildirib.

C.Yılmaz qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artdığını və bir çox bölgədə geosiyasi gərginliklərin kəskinləşdiyini qeyd edib.

Vitse-prezident İran və İsrail arasındakı gərginliyin artma riski və ABŞ-nin bu prosesə daxil olmasının onsuz da həssas olan mühitə əlavə yük gətirdiyini, bu hadisələrin enerji bazarlarına, ticarət yollarına və qlobal maliyyə şərtlərinə birbaşa təsir etdiyinə diqqət çəkib.

Belə bir parçalanmış mühitdə dözümlülük, proqnozlaşdırıla bilən və istehsal potensialının qlobal investisiya axınını müəyyən edən həlledici faktorlara çevrildiyini vurğulayıb.

C.Yılmaz Türkiyənin bu mühiti inam və intizamla idarə etdiyini, hökumətin regional hadisələrin iqtisadiyyata mümkün təsirlərini azaltmaq, bazarların nizamlı və sağlam fəaliyyətini təmin etmək üçün zəruri tədbirlər gördüyünü söyləyib.

Vitse-prezident ölkənin makroiqtisadi sabitliyi qorumağa davam etdiyini, istehsal bazasını gücləndirərək dayanıqlı bir inkişaf yolunu saxladığını qeyd edib.

“Hazırda Türkiyə investisiya və sənaye fəaliyyəti baxımından sabit, proqnozlaşdırıla bilən və etibarlı bir tərəfdaş kimi seçilir”, -deyə Yılmaz bildirib.

Vitse-prezident ölkənin güclü sənaye infrastrukturu, inkişaf etmiş logistika imkanları və qlobal dəyər zəncirlərinə dərin inteqrasiyası sayəsində investorlar üçün rəqabətqabiliyyətli və köklü bir ekosistem təklif etdiyini vurğulayıb.

Yılmaz “Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən strateji coğrafi mövqeyimiz qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bu dövrdə mühüm üstünlük təmin edir”, -deyə əlavə edib və ölkənin getdikcə istehsal, ticarət və nəqliyyat üçün mərkəzi qərargaha çevrildiyini qeyd edib.

Yılmaz son olaraq deyib: “Ölkəmizin rəqabət gücünü artırmaq və investisiya mühitini möhkəmləndirmək məqsədilə yeni hüquqi, inzibati, maliyyə və institusional tənzimləmələri həyata keçiririk”.