İsrail polisi Fələstinin Qüds üzrə naziri Əşrəf əl-Avarı işğal altındakı Şərqi Qüdsün Silvan məhəlləsində yerləşən evində saxlayıb.
Nazirlikdən verilən məlumatda İsrail polisinin heç bir səbəb göstərmədən naziri saxladığı bildirilib. İsrail hüquq-mühafizə orqanları isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
TÖVSİYƏ EDİLƏN
Xatırladaq ki, keçən il İsrail hakimiyyəti Əşrəf əl-Avarın İordan çayının qərb sahilinə səfər etməsinə qadağa qoymuş, daha sonra bu qərarın müddətini uzatmışdı.
2023-cü ilin oktyabrından bəri İsrail hökuməti Şərqi Qüdsdə Fələstinin sosial, siyasi, iqtisadi və idman sahələrindəki fəaliyyətlərinə qoyduğu qadağaları daha da sərtləşdirib.






















