DÜNYA
1 dəqiqə oxuma
İsrailin polis məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb
İsrail ordusu 2025-ci ilin oktyabrında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağının müxtəlif ərazilərinə zərbələr endirməyə davam edir.

Səhiyyə mənbələrinin verdiyi məlumata görə, Qəzza zolağının şimalındakı Qəzza şəhərində yerləşən polis nəzarət-buraxılış məntəqəsinə təşkil edilən hava hücumu nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb, 15 nəfər isə yaralanıb.

ABŞ Prezidenti Donald Trampın İsraili hücumları dayandırmağa çağırmasına baxmayaraq, İsrail hərbi əməliyyatları davam etdirir.

Xatırladaq ki, iki gün əvvəl Qəzza şəhərindəki kafeyə endirilən PUA zərbəsi nəticəsində 7 nəfər həyatını itirib.