SİYASƏT
2 dəqiqə oxuma
D.Tramp ABŞ-İran danışıqlarına "mane olacağı" təqdirdə Omanı bombalamaqla hədələyib
D.Tramp rəsmi Vaşinqtonun SEPAH ilə birbaşa təmasda olduğunu bildirib
D.Tramp ABŞ-İran danışıqlarına "mane olacağı" təqdirdə Omanı bombalamaqla hədələyib
D.Tramp ABŞ-İran danışıqlarına "mane olacağı" təqdirdə Omanı bombalamaqla hədələyib / Reuters

ABŞ prezidenti Donald Tramp ABŞ-İran danışıqlarına müdaxilə edəcəyi təqdirdə Omana qarşı hərbi əməliyyat keçirməklə hədələyib. O, həmçinin rəsmi Vaşinqtonun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmiləri ilə birbaşa təmasda olduğunu deyib.

D.Tramp bu barədə avqustun 17-də "Fox News" telekanalına verdiyi müsahibədə məlumat verib. Müsahibədə D.Trampdan Omanın İran və Hörmüz boğazını əhatə edən danışıqlardakı rolu barədə soruşulub. D.Tramp bu suala cavabında "Əgər Oman danışıqlara mane olarsa, biz onları darmadağın edərik" ifadələrini işlədib.

Xatlrkadaq ki, İran avqustun 15-də bəyanat yayaraq, həftələrlə davam edən texniki danışıqlardan sonra Hörmüz boğazı üçün gəmilərin hərəkət marşrutu xəritəsi üzrə Omanla razılığa gəldiyini açıqlayıb.

İran məsələsinə də toxunan D.Tramp Tehran rəhbərliyinin "ağ bayraq qaldıraraq təslim olmalı" olduğunu vurğulayıb. O, "Onlar yaxşı poker oynayırlar, lakin tamamilə bitkin vəziyyətdədirlər", - deyə əlavə edib.

Həmçinin rəsmi Vaşinqtonun İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə məxfi əlaqə kanalına malik olduğunu təsdiqləyən D.Tramp deyib: "Bizim SEPAH ilə pərdəarxası danışıqlar kanalımız var. İrandakı SEPAH rəsmiləri ilə birbaşa danışıqlar aparırıq".

 

İsrailin Qəzzaya hücumları

Qəzza məsələsinə toxunan D.Tramp "İsrail Qəzzanı vurmamalıdır. “Həmas” silahı yerə qoymağa razılıq verib", - deyə bildirib.

D.Tramp ABŞ-nin “Həmas” ilə də ayrı bir əlaqə kanalının olduğunu da bildirib: “Həmas” ilə fərqli bir kanalımız var və onlar nəhayət ki, silahlarını təhvil verirlər”.

İsrail siyasəti ilə bağlı sualı cavablandıran D.Tramp bu ölkədəki seçkilərdən kənarda qalmağının "ən doğrusu" olduğuna inandığını vurğulayıb. Bununla belə, o, hər hansı bir namizədi dəstəkləmək ehtimalını da istisna etməyib: "Düşünürəm ki, İsrail seçkilərindən kənarda qalmağım en doğrusudur, lakin kimisə dəstəkləyə də bilərəm".

MƏNBƏ:TRT