Nigeriyanın Plateau ştatının Barkin Ladi bölgəsində mədən çöküb.
Yerli media orqanlarının yaydığı məlumata görə, hadisə nəticəsində 9 nəfər həyatını itirib, çox sayıda insan isə yaralanıb.
TÖVSİYƏ EDİLƏN
Baş verən faciədən sonra yerli hakimiyyət orqanları təhlükəsizlik qaydalarının pozulması və artan risklər səbəbindən bölgədəki bütün mədən işlərini müvəqqəti olaraq dayandırıb.
Qeyd edək ki, Nigeriyada artan qanunsuz mədənçilik fəaliyyətləri ətraf mühitə ciddi zərər vurmaqla yanaşı, tez-tez bu cür qəzalara da səbəb olur.
























