İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehranda müxtəlif sahələrdə çalışan qadınların və mütəxəssislərin iştirakı ilə keçirilən "Bu günün qadınları, sabahın İranı" adlı toplantıda çıxış edib. Dövlət başçısı ABŞ ilə mümkün danışıqlara və ölkəsinin xarici siyasət prioritetlərinə toxunub.
Pezeşkian İranın ərazi bütövlüyünü müdafiə etdiyini, lakin müharibə tərəfdarı olmadığını vurğulayıb. Prezidentin sözlərinə görə, əsas məqsəd müharibəyə son qoymaq, sanksiyaları və blokadanı aradan qaldırmaq, dondurulmuş aktivləri blokdan çıxarmaq və bundan sonra nüvə danışıqlarını davam etdirməkdir.
Vaşinqtonla dialoqun "təslim olmaq" mənasına gəlmədiyini qeyd edən dövlət başçısı Çin təcrübəsini nümunə göstərib. O bildirib ki, Çin kimi dövlətlər öz güclərini iqtisadi rəqabət vasitəsilə sübut edirlər.

















