Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Xerson şəhərində mikroavtobusa dronla hücum etdiyini bildirib.
O, sosial media hesabında etdiyi paylaşımda FPV dronu ilə törədilən hücum nəticəsində 4 nəfərin həlak olduğunu, 5 nəfərin isə yaralandığını açıqlayıb.
TÖVSİYƏ EDİLƏN
Anoloji zərbələrin cəbhə xəttinə yaxın ərazilərdə tez-tez həyata keçirildiyini vurğulayan Zelenski deyib: "Müttəfiqlərimiz əlavə müdafiə sistemlərinin verilməsində tərəddüd etdiyi bir vaxtda, ruslar artıq bütün sərhədləri keçirlər".
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti gecə saatlarında Zaporojye şəhərinə təşkil edilən hava hücumu nəticəsində 1 nəfərin həyatını itirdiyini bəyan edib.





















