TÜRKİYƏ
1 dəqiqə oxuma
TBMM sədri N.Kurtulmuş "Terrorsuz Türkiyə" prosesi haqqında danışıb
TBMM sədri bu təşəbbüsü daha geniş əhatəli regional prosesin ilk addımı kimi qiymətləndirib
TBMM sədri N.Kurtulmuş "Terrorsuz Türkiyə" prosesi haqqında danışıb
TBMM sədri N.Kurtulmuş "Terrorsuz Türkiyə" prosesi haqqında danışıb / َAA

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş avqustun 15-də İstanbulda təşkil edilən “Boğaziçi Diplomatiya Forumu”nun bağlanış proqramında iştirak edib. N.Kurtulmuş tədbirin qapanış mərasimində verdiyi bəyanatda Türkiyənin "Terrorşuz Türkiyə" təşəbbüsü haqqında danışıb. O, bu addımın ölkə daxilində və bütün regionda daha güclü bir birliyə yol açacağını vurğulayıb. N.Kurtulmuş bu təşəbbüsün, nəhayət, "daha güclü və terrordan təmizlənmiş bir regionun" inşasına töhfə verəcəyini qeyd edib. TBMM sədri bu təşəbbüsü daha geniş əhatəli regional prosesin ilk addımı kimi qiymətləndirib.

N.Kurtulmuş çıxışı sırasında bir sıra vacib məqamlara toxunub. O: "40 ildən çoxdur davam edən, minlərlə insanımızın şəhid olduğu, on minlərlə şəxsin həlak olduğu, kənd və şəhərlərin dağıntıya məruz qaldığı bu prosesi artıq geridə qoyuruq", - deyə bildirib.

N.Kurtulmuş deyib: "Bu ölkədəki türklər, kürdlər və digər etnik icmalardan olan insanlar birlik içində yollarına birlikdə davam edəcəklər".

Ayrılıq, bölünmə və ögəyləşdirmə dilinin yerini "qardaşlıq və birlik dilinə" verməli olduğunu bildirən N.Kurtulmuş diqqətəlayiq bəyanat verib. O, bu yanaşmanın Türkiyə sərhədlərini aşacağını qeyd edib. Nəticədə türklərin, kürdlərin, ərəblərin və digər icmaların bir-birinə daha da yaxınlaşacağını vurğulayıb.

TBMM sədri N.Kurtulmuş: "Nəticədə güclü bir region, terrorsuz bir region yenidən inşa ediləcəkdir", - deyə sözlərini yekunlaşdırıb.

MƏNBƏ:TRT