DÜNYA
1 dəqiqə oxuma
İndoneziyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 71 nəfərə çatıb
İndoneziyada avqustun 15-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 71 nəfərə çatıb
İndoneziyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 71 nəfərə çatıb
İndoneziyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 71 nəfərə çatıb

İndoneziyada avqustun 15-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 71 nəfərə çatıb.

"Antara" agentliyinin məlumatına görə, bu barədə İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) bəyanat yayıb.

Agentliyin rəhbəri Berton Pancaitan itkin düşənlərin sayının artaraq 71-ə çatdığını bildirib: "Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk".

Xatırladaq ki, avqustun 15-də İndoneziyanın Flores bölgəsində baş verən 7,7 bal gücündə zəlzələdən sonra ən güclüsü 6,2 olmaqla 235 afterşok qeydə alınıb.

Məlumata əsasən, Şimali Sumatra əyalətinin Pematangsiantar şəhəri yaxınlığında da 6,9 bal gücündə daha bir zəlzələ baş verib.

Təbii fəlakət nəticəsində 900-dən çox ev tamamilə dağılıb, 1300-dən çox tikiliyə isə ciddi ziyan dəyib. Təxminən 5 mindən çox sakin müvəqqəti sığınacaqlara yerləşdirilib. Torpaq sürüşmələri səbəbindən Flores bölgəsindəki yasayış məntəqələrini birləşdirən təxminən 700 kilometrlik magistral yolun bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.