Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Əli Zeydi arasında telefon danışığı olub. Məlumata görə, söhbət zamanı Türkiyə və İraq arasındakı ikitərəfli münasibətlər, regional təhlükəsizlik və aktual qlobal məsələlər müzakirə edilib.
Telefon danışığı zamanı Prezident Ərdoğan rəsmi Ankaranın yeni dövrdə Bağdadla əlaqələri daha yüksək səviyyəyə çatdırmağı hədəflədiyini vurğulayıb.
Türkiyə Prezidenti xüsusilə enerji, müdafiə sənayesi və regional nəqliyyat dəhlizləri sahələrində strateji əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Prezident R.T.Ərdoğan regional tərəfdaşlığın gələcək addımlarını və hərtərəfli məsləhətləşmələri birgə qiymətləndirmək məqsədilə İraqın Baş naziri Əli Zeydini Türkiyəyə rəsmi səfərə dəvət edib.















