TÜRKİYƏ
1 dəqiqə oxuma
Egey dənizində 39 qeyri-qanuni miqrant saxlanılıb, 8 nəfər xilas edilib
Qeyd olunan hadisələr İzmir və Aydın şəhərlərinin sahillərində baş verib
Egey dənizində 39 qeyri-qanuni miqrant saxlanılıb, 8 nəfər xilas edilib
Egey dənizində 39 qeyri-qanuni miqrant saxlanılıb, 8 nəfər xilas edilib

Türkiyə Sahil Təhlükəsizlik Komandanlığının rəsmi internet saytında yer alan məlumata görə, İzmirin Seferihisar rayonunun Akvaryum Koyu ərazisində bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edilib. Sözügedən şəxslər sahil təhlükəsizlik xidmətinə məxsus pilotsuz uçuş aparatı (PUA) vasitəsilə aşkar olunub. Bunun ardından qruplar jandarma əməkdaşları ilə birgə əməliyyat keçirib.

Keçirilən əməliyyat nəticəsində 39 qeyri-qanuni miqrant və onlara bu işdə kömək etməkdə şübhəli bilinən 1 nəfər yaxalanıb.

Xarici ölkə vətəndaşları, rəsmi prosedurlardan sonra Migrasiya İdarəsinin vilayət müdiriyyətlərinə təhvil verilib.

Bundan əlavə, təhlükəsizlik qrupları Urla rayonu sahillərində mühərrikində yaranan nasazlıq səbəbindən sürüklənən yelkənli qayıqdakı 1 nəfəri sahil təhlükəsizlik kateri ilə xilas edib. Həmin şəxs Güzelbahçe limanına gətirilib.

Aydının Didim rayonu sahillərində isə mühərriki xarab olan rezin qayıqda kömək istəyən 7 nəfər müəyyən edilib. Onlar sahil təhlükəsizlik qüvvələri tərəfindən xilas edilərək Akbük balıqçı sığınacağına aparılıb.

MƏNBƏ:TRT