TÜRKİYƏ
2 dəqiqə oxuma
H.Fidan ABŞ və İran arasında razılaşmanın bərpa edilməsi ilə bağlı çağırış edib
H.Fidan: "Arzumuz İran və Amerika arasında razılaşmanın bir an əvvəl bərpa olunmasıdır. Ümid edirik ki, yaxın günlərdə şad xəbər alacağıq”
H.Fidan ABŞ və İran arasında razılaşmanın bərpa edilməsi ilə bağlı çağırış edib
H.Fidan ABŞ və İran arasında razılaşmanın bərpa edilməsi ilə bağlı çağırış edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə səfəri zamanı "Katar TV"yə müsahibə verib.

Qətər ilə Türkiyənin tarixi və güçlü əlaqələrə malik iki ölkə olduğuna diqqət çəkən H.Fidan ikitərəfli strateji tərəfdaşlığın əsasını mərhum Qətər Əmiri Şeyx Həməd bin Xəlifə əl-Sani dövründə qoyulduğunu qeyd edib.

Hakan Fidan müsahibəsində deyib: "Bu gün Livandan Əfqanıstana, Əfqanıstandan Sudana, Sudandan Qəzzaya, Fələstin və İran məsələlərinə qədər bir çox sahədə Türkiyə-Qətər əməkdaşlığının ortaya qoyduğu uğurlu siyasətin artıq bölgədəki digər ölkələr tərəfindən də təqdir edildiyini və nümunə götürüldüyünü görürük. Biz hər zaman vurğulayırıq ki, regionda rəqabət deyil, konstruktiv əməkdaşlıq lazımdır. Qətər də bu istiqamətdə çox ciddi səy göstərir".

Xarici işlər naziri Fərat körfəzi regionunda başda Qətər olmaqla Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Ummanın illərdir çox böyük tərəqqi əldə etdiyini vurğulayıb. O, bu ölkələrin inkişafı və əsas xidmətləri təkmilləşdirərək dünya standartlarına cavab verən çox güçlü dövlətlər və şəhərlər qurduğunu ifadə edib.

Hakan Fidan 28 fevraldan bəri davam edən ABŞ-İran müharibəsinin regional iqtisadiyyata mənfi təsir göstərdiyini bildirib. Nazir bu müharibənin miqyasının genişlənməsi riskinin regionda daha böyük problemlərə yol aça biləcəyini qeyd edib.

Hazırda infrastrukturlara hücumların təşkil edildiyini xatırladan nazir H.Fidan sözlərinə belə davam edib: "Arzumuz odur ki, İran və Amerika arasında razılaşma bir an əvvəl bərpa olunsun. Bildiyiniz kimi, Pakistanın vasitəçiliyi, Qətərin fəal dəstəyi və Türkiyənin töhfələri ilə bir anlaşma memorandumu hazırlanmışdı. Lakin sonradan bu prosesdən uzaqlaşıldı. Yenidən həmin razılaşmaya qayıtmaq lazımdır".

Xarici işlər naziri Qətər səfəri zamanı keçirdiyi görüşlərdə bu məsələlərin müzakirə olunduğunu qeyd edərək aşağıdakı fikirlləri səsləndirib:

"Məmnuniyyətlə görmək olur ki, Qətər bu böhranın həlli üçün bütün konstruktiv üsullardan və kanallardan istifadə edir, əlindən gələni edir. İnşallah, yaxın günlərdə şad xəbər alacağıq. Türkiyə də bu məsələdə Qətərlə sıx əməkdaşlıq edir. Həm Qətərin təhlükəsizliyi və sülhü, həm də regionun təhlükəsizliyi və sabitliyi Türkiyənin də maraqlarına uyğundur. Bu səbəbdən həm Körfəz regionu, həm də digər İslam dünyası ölkələri ilə bir çox sahədə olduğu kimi, bu məsələdə də birlikdə çalışmağa davam edəcəyik".

MƏNBƏ:TRT