TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan V.Zelenskini İstanbulda qəbul edib
Görüş zamanı Rusiya–Ukrayna müharibəsinin başa çatması üçün danışıqlara çağırış edilib
Prezident R.T.Ərdoğan V.Zelenskini İstanbulda qəbul edib
Prezident R.T.Ərdoğan V.Zelenskini İstanbulda qəbul edib / AP
12 saat əvvəl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 4-də İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir araya gəlib. Görüşdə tərəflər Rusiya–Ukrayna müharibəsinin başa çatdırılmasına yönəlmiş səyləri, həmçinin regional və qlobal inkişafları müzakirə ediblər.

Həmçinin Prezident R.T.Ərdoğan Türkiyənin Ukrayna ilə ikitərəfli ticarəti artırmaqda qətiyyətli olduğunu vurğulayaraq, rəsmi Ankaranın bu istiqamətdə zəruri addımları atmağa davam edəcəyini bildirib.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, R.T.Ərdoğan görüş zamanı Türkiyənin Ukrayna ilə Rusiya arasında aparılacaq danışıqlara dəstəyini bir daha ifadə edib və regionun sülh və sabitliyə ehtiyacı olduğunu vurğulayıb.

Qara dənizdə təhlükəsiz gəmiçiliyə böyük əhəmiyyət verdiklərini qeyd edən R.T.Ərdoğan enerji təchizatı təhlükəsizliyinin vacibliyinə diqqət çəkib.

R.T.Ərdoğan həmçinin Türkiyənin Ukrayna ilə ikitərəfli ticarəti artırmaq istiqamətində qətiyyətli olduğunu bir daha dilə gətirərək, rəsmi Ankaranın bu istiqamətdə zəruri addımları atmağı davam etdirəcəyini bildirib.

Açıqlamada qeyd olunub ki, R.T.Ərdoğan Ukraynanın Körfəz ölkələri ilə münasibətlərini gücləndirmək səylərindən məmnunluq hissi keçirdiyini ifadə edib.

Xatırladaq ki, sözü gedən görüş R.T.Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında aprelin 3-də keçirilən telefon danışığından sonra baş tutub.

MƏNBƏ:TRT