SİYASƏT
1 dəqiqə oxuma
Abbas Əraqçi:"Pakistan və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda irəliləyiş əldə olunub"
İran və ABŞ arasında Qətər ilə Pakistanın vasitəçiliyi ilə keçirilən danışıqların birinci mərhələsi başa çatıb.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi "X" internet səhifəsində paylaşım edib. O, danışıqlarda mühüm irəliləyişlərin əldə olunduğunu bildirib. Nazir Livandakı müharibəyə son qoymaq məqsədilə aparılan vasitəçilik missiyasında irəliləyiş qeydə alındığını diqqətə çatdırıb və bu çərçivədə münaqişələrin qarşısını almaq üçün yaradılacaq işçi qrupunun tərəflər üçün əsl sınaq olacağını vurğulayıb. Abbas Əraqçi həmçinin rəsmi Tehran üçün strateji əhəmiyyət kəsb edən iqtisadi məsələlərə də toxunaraq, İranın neft ixracına qoyulan məhdudiyyətlərin və blokadanın aradan qaldırıldığını, eləcə də ölkənin dondurulmuş maliyyə aktivlərinin bir hissəsinin üzərindəki həbsin ləğv edildiyini qeyd edib.