Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi səfir Ahmet Yıldız beynəlxalq hüquqa seçmə yanaşmaların hüquq sisteminin etibarlılığını zəiflətdiyini deyib.
Türkiyə nümayəndəsi silahlı münaqişələrdə mülki şəxslərin qorunmasının ortaq bir məsuliyyət olduğunu vurğulayaraq, beynəlxalq humanitar hüququn ardıcıl tətbiqinə və Qəzzadan Sudana qədər bütün böhranlara təcili diqqət yetirilməsinə çağırıb.
Açıq müzakirə iclasında çıxış edən Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Ahmet Yıldız bu məsələnin prioritet olaraq qalmasının vacibliyini dilə gətirib.
Yıldız deyib: "Silahlı münaqişələrdə mülki şəxslərin qorunması ortaq məsuliyyətdir və beynəlxalq ictimaiyyət üçün əsas prioritet olaraq qalmalıdır".
İkili standartlara qarşı xəbərdarlıq edən Yıldız deyib: "Beynəlxalq hüquqa seçmə yanaşmalar beynəlxalq hüquq sisteminin etibarlılığını zəiflədir və çoxtərəfli qurumlara etimadı sarsıdır".
Kıbrıs (Kipr) məsələsinə də toxunan Ahmet Yıldız 1963-1964-cü illər arasında Kıbrıs türklərinin "siyasi təcrid, zorakılıq və didərginlik dövrü yaşadığını" və onlara qarşı törədilən vəhşiliklərin BMT arxivlərində yaxşı sənədləşdirildiyini bildirib.
Regional böhranlara diqqət yetirmək
Yaxın Şərq məsələsinə də toxunan Ahmet Yıldız atəşkəsə baxmayaraq, Qəzzada humanitar vəziyyətin "dəhşətli olaraq qaldığını" söyləib və iki dövlətli həll yolunda irəliləyiş çağırışı edib.
Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi səfir Ahmet Yıldız Livanın suverenliyinin, ərazi bütövlüyünün və sabitliyinin qorunmasının vacibliyini vurğulayıb və İsrail-Livan atəşkəsini "daha çox şeyin qurula biləcəyini vacib addım" kimi xarakterizə edib.
A.Yıldız Suriya ilə bağlı Suriya xalqının indi təhlükəsizlik, ləyaqət və bərabər vətəndaşlıq əsasında bir gələcək qurmaq üçün tarixi bir fürsətə sahib olduğunu söyləyib və keçmiş rejim dövründə törədilən cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi səylərini alqışlayıb.
Afrikaya toxunan A.Yıldız Sudandakı humanitar böhranın fəlakətli səviyyədə olduğunu və təcili beynəlxalq müdaxilə tələb etdiyini bildirdib və Türkiyənin Liviyanın rəhbərlik etdiyi siyasi dialoqa dəstəyini bir daha təkrarlayıb.
A.Yıldız əlavə edib ki, Türkiyə beynəlxalq humanitar hüququn pozulmasının qarşısının alınması və hesabatlılığın təmin edilməsinə yönəlmiş beynəlxalq səyləri qətiyyətlə dəstəkləyir.











