TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə dövləti Somalidəki hərbi mövcudluğu ilə bağlı iddialara açıqlama verib
Dezinformasiya ilə Mübarizə Mərkəzi rəsmi Ankaranın Somalidəki fəaliyyətlərinin daxili siyasətlə heç bir əlaqəsinin olmadığını açıqlayıb
Türkiyə dövləti Somalidəki hərbi mövcudluğu ilə bağlı iddialara açıqlama verib
Türkiyə dövlətinin Somalidəki hərbi mövcudluğu ilə bağlı iddialara rəsmi cavab / AA

Türkiyə dövləti Somalidəki öz hərbi mövcudluğundan müəyyən bir siyasi aktora dəstək vermək məqsədilə istifadə etdiyi barədə sosial şəbəkələrdə yayılan iddiaları təkzib edib.

Məsələylə bağlı açıqlama "NSosyal" platformasında yayımlanan bəyanatda yer alıb. Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi bu iddiaları “tamamilə həqiqətə zid məlumat” adlandırıb.

Açıqlamada, həmçinin Türkiyənin Somali Federal Hökuməti ilə uzun illərdir qanuni və beynəlxalq hüquqa uyğun əməkdaşlıq həyata keçirdiyi bildirilib.

Bəyanatda “Somalidəki Türkiyə hərbi mövcudluğu və təlim fəaliyyətləri Somali Milli ordusunun yenidən qurulması, təhlükəsizlik qurumlarının modernləşdirilməsi və terrorla mübarizə potensialının artırılması hədəflərinə fokuslanıb” ifadələrinə yer verilib. Həmçinin Türkiyə hərbi birləşmələrinin Somalidəki seçki prosesləri və daxili siyasi dinamika ilə “heç bir əlaqəsinin olmadığı” vurğulanıb.

Türkiyə dövlətinin Somalinin demokratik proseslərinin dinc şəkildə irəliləməsini dəstəklədiyinin təkrarlandığı sənəddə Somali xalqının iradəsinə və ölkənin suverenliyinə tam hörmət edildiyi qeyd olunub.

MƏNBƏ:TRT