ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
“SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya, Kosmik Sənaye Sərgisində ixrac müqavilələri imzalandı
Türkiyənin müdafiə şirkətləri “SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya, Kosmik Sənaye Sərgisində təxminən 8 milyard dollar dəyərində ixrac müqavilələri imzalayıblar
“SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya, Kosmik Sənaye Sərgisində ixrac müqavilələri imzalandı
“SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya, Kosmik Sənaye Sərgisi / AA

SAHA İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar verdiyi açıqlamada “SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya, Kosmik Sənaye Sərgisinin ilk üç günündə Türkiyə şirkətlərinin təxminən 8 milyar dollarlıq ixrac müqaviləsi imzaladığını bildirib.

Bayraktar "X" platformasında etdiyi paylaşımda deyib: “Bu qürur mənzərəsini ortaya qoyan bütün SAHA İstanbul üzvlərimizi qəlbən təbrik edirəm. “SAHA Expo 2026” sərgisində ölkə olaraq tarixi rekorda imza atdıq”.

Türkiyə firmaları 5-9 may tarixləri arasında İstanbul Expo Mərkəzində keçirilən “SAHA Expo 2026” sərgisində ən yeni və ən təkmil məhsullarını nümayiş etdirirlər. Tədbir Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmos sənayesi qrupu tərəfindən təşkil olunur.

TEI-nin baş direktoru Türkiyənin aviasiya mühərriki sahəsindəki genişlənməsi fonunda ixrac artımını hədəfləyir

"Türkiyənin Aviasiya ve Kosmik Sənayesi" (TEI) şirkətinin baş direktoru Mahmut Faruk Akşit bildirib ki, şirkət qlobal aviasiya təchizat zəncirindəki rolunu genişləndirməklə yanaşı, yerli mühərrik potensialını inkişaf etdirmək səylərini də sürətləndirib.

İstanbuldakı SAHA beynəlxalq müdafiə sərgisində “Anadolu” agentliyinə danışan Mahmut Faruk Akşit TEI-nin aviasiya sənayesində iki rol üzərinə götürdüyünü qeyd edib: Türkiyə üçün kritik mühərrik texnologiyaları istehsal etmək və hissə və modul istehsalı vasitəsilə beynəlxalq aviasiya mühərriki proqramlarını dəstəkləmək.

Akşit əsas fəaliyyət sahələrindən birinin hissə və modul istehsalı olduğunu və TEI-nin ixracatının sabit şəkildə artdığını vurğulayıb.

O, ötən il ixracatlarının yarım milyar dollara yaxınlaşdığını və bu hissələrin hamısının 50-dən çox müxtəlif mühərrik proqramında istifadə edildiyini diqqətə çatdırıb.

Araşdırma
"Artemis II" heyəti Ay ətrafındakı uçuşdan sonra Sakit okeana eniş edir
Tarixi missiyada Artemis astronavtları Ayın yaxınlığından keçməyə hazırlaşırlar
“Artemis II” missiyasının heyəti Ay səfərində uğurla irəliləyir
Türkiyə fırlatdığı yeni peyklərlə kosmosda müstəqillik yolunda irəliləyir
Türkiyə 2.000 kilometr mənzilli yeni kamikadze PUA sistemini təqdim etdi
“Baykar” və “Leonardo” Avropada istehsal olunacaq PUA-lar üçün əməkdaşlığı genişləndirir
Türkiyə və İtaliya arasında PUA tərəfdaşlığı ilk istehsal hədəfinə yaxınlaşır
NASA “Artemis II” missiyasına hazırlaşır
Cənubi Koreya Norveçlə müdafiə sənayesi sahəsində saziş bağlayıb
Böyük Britaniya və Fransada gənclər üçün sosial medianın qadağa edilməsi məsələsi müzakirə olunur
Türkiyə qlobal okeanların qorunması üzrə sazişin qüvvəyə minməsində mühüm rol oynayır
2025-ci il qeydlərə görə ən isti üçüncü il olub
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu
İstanbul Universiteti dəniz otlarını qorumaq üçün süni intellektdən istifadə etməyə başlayıb
Türkiyə şirkəti “Plan-S”in orbitdəki peyk sayı 16-ya çatıb
“Baykar” yeni investisiya planı çərçivəsində “Piaggio Aerospace”in istehsalını beş dəfə artıracaq
Dünyanın ən böyük kosmik tədbiri oktyabr ayında Türkiyədə keçiriləcək
"Tuba" dəniz tısbağası Türkiyənin Egey və Aralıq dənizinin şərq sahillərində  qalıb
Mehmet Kaçır: "Türkiyə Somalidə kosmodromun inşasına başlayacaq"
Süni intellektin idarəetmədəki rolu