Rəsmilərin bildirdiyinə görə, Ukraynanın paytaxtı Kiyev Rusiya PUA-ları və raketlərinin genişmiqyaslı hücumu altındadır.
Paytaxtın hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bu gün (14 may 2026) səhər tezdən düşən PUA parçalarının şəhərin müxtəlif səmtlərində, aralarında yaşayış evlərinin də olduğu binalara isabet etdiyini söyləyib.
Kiyev meri Vitali Kliçko da paytaxtın intensiv Rusiya hücumu altında olduğunu bildirərək, "Telegram" kanalında "Düşmən Kiyevi PUA-lar və ballistik raketlərlə vurur" paylaşımını edib və paytaxtın düşmənin intensiv hücumu altında olduğunu qeyd edib.
Kliçko Kiyevə təşkil edilən hücumların beşmərtəbəli yaşayış binasına ziyan vurduğunu və park edilmiş bir avtomobilin alovlanmasına səbəb olduğunu bildirib. O, raket qalıqlarının həmçinin qeyri-yaşayış binasına da düşdüyünü qeyd edib.
Qeyri-rəsmi "Telegram" kanalları yaşayış binalarının bəzi hissələrinin alovlar içində olduğunu göstərən videolar paylaşsa da, can itkisi barədə məlumat verilməyib.
Ukrayna Hərbi Hava Qüvvələri həmçinin Rusiya raketlərinin şimalda Xarkov, Sumı və Çerniqov, mərkəzdə isə Poltava bölgəsini də hədəf aldığını bildirib.














