SİYASƏT
1 dəqiqə oxuma
Serbiya Prezidenti A.Vuçiç vəzifəsindən istefa verdi
A.Vuçiç oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərində Serbiya Tərəqqi Partiyasının (SNS) siyahısı ilə iştirak edəcək
Serbiya Prezidenti A.Vuçiç vəzifəsindən istefa verdi
Serbiya Prezidenti Aleksandar Vuçiç

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verdiyini bəyan edib.

A.Vuçiç Prezident Sarayında xalqa müraciətində istefa qərarını imzaladığını bildirib. O, prezident vəzifəsini müvəqqəti olaraq Milli Məclisin sədri Ana Brnabiçin icra edəcəyini deyib.

"Mənə bir insanın öz üzərinə götürə biləcəyi ən ali vəzifəni və məsuliyyəti tapşırdınız", — deyə A.Vuçiç qeyd edib. O, prezident seçkilərinin dekabrın sonunadək keçirilməli olduğunu bildirib.

A.Vuçiç oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərində sıravi vətəndaş kimi iştirak etmək istədiyini diqqətə çatdıraraq belə deyib: "İqtisadi inkişafı davam etdirməyə məcburuq. Lakin iqtisadi inkişafdan danışarkən, ilk növbədə, innovasiyalara, süni intellektə, robototexnikaya diqqət yetirməli və ləngiməməliyik."

Qeyd edək ki, Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək. A.Vuçiç seçkilərə Serbiya Tərəqqi Partiyasının (SNS) siyahısı ilə qatılacaq.

MƏNBƏ:TRT