SİYASƏT
2 dəqiqə oxuma
Tramp: "ABŞ-İran atəşkəsi və Hörmüzün açılması gələn həftə gözlənilir"
ABŞ Prezidenti Donald Tramp İran ilə atəşkəsin uzadılması və Hörmüz boğazının yenidən açılması məsələsində "gələn həftə ərzində" bir razılığa gələcəyini bəyan edib
Tramp: "ABŞ-İran atəşkəsi və Hörmüzün açılması gələn həftə gözlənilir"
Hörmüz boğazının "gələn həftə ərzində" yenidən açılması üçün aparılan atəşkəs danışıqları fonunda Tramp İranla mühüm sazişə işarə edir / AFP

ABŞ Prezidenti Donald Tramp İran ilə atəşkəsin uzadılması və Hörmüz boğazının yenidən açılması məsələsində "gələn həftə ərzində" bir razılığa gələcəyini bəyan edib.

"ABC News"a verdiyi telefon müsahibəsində "Proses müsbət irəliləyir, kifayət qədər yaxşı gedir" deyən Tramp "Bu gün kiçik bir maneə yarandı, lakin yəqin ki, daha əvvəl fərq etdiyiniz kimi, mən bu vəziyyəti çox sürətli şəkildə tərsinə çevirdim" ifadələrini işlədib.

Tramp sözügedən "axsaqlığın" iranlıların İsrailin Livana qarşı hücumlarından narahat olmasından mənbələndiyini bildirib.

"Bu çərçivədə Hizbullah ilə görüşdüm və atəş açmamalarını söylədim. Həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə də danışaraq atəş açmamasını xahid etdim; nəticədə hər iki tərəf də qarşılıqlı qarşıdurmanı dayandırdı" deyən Tramp İran ilə əldə olunacaq bir sülh sazişinin "hərbi qələbədən belə daha yaxşı" ola biləcəyini ifadə edib.

Atəşkəsin uzadılması sazişinin və boğazın yenidən açılması üçün bir anlaşma memorandumunun nə vaxt tamamlanıb razılaşdırılacağına gəlincə, Tramp belə deyib: "Məncə, gələn həftə haqqında danışırsınız. Çünki hələ bir neçə məsələni də həll etməliyəm".

"Beyruta heç bir əsgər getməyəcək"

İyunun 1-də Trampın “Hizbullah” ilə səmərəli görüş keçirdiyini bildirməsindən sonra Livan “Hizbullah”ın İsrailə hücum etməyi dayandırması müqabilində İsrailin də Beyrutun cənubuna yönəlmiş hücumları dayandırmaq təklifini qəbul etdiyini bildirib.

Livan prezidentliyi tərəfindən paylaşılan Vaşinqtondakı Livan səfirliyinin bəyanatına görə, “Hizbullah”ın qəbul etdiyi tənzimləməyə əsasən, Dahiyəyə yönəlmiş İsrail hücumları" Beyrutun cənub şəhər kənarlarını hədəf alan İsrail hücumları "Hizbullah”ın İsrailə yönəlmiş hücumlardan çəkinməsi müqabilində dayandırılacaq.

İsrail iyunun 1-də Livanın paytaxtının cənub bölgələrinə yenidən zərbələr endirməklə hədələmişdi.

Ağır bombardmanlar və son iyirmi ilin ən əhatəli quru işğalı da daxil olmaqla İsrailin Livandakı hücumları geniş Yaxın Şərq müharibəsində ABŞ ilə İran arasındakı atəşkəsi təhlükəyə atmışdı.

Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi "çox səmərəli" görüşdən sonra “Truth Social”da etdiyi paylaşımda deyib: "Beyruta əsgər göndərilməyəcək, yola düşən hər hansı bir əsgər artıq geri qaytarıldı. Eyni şəkildə, yüksək səviyyəli nümayəndələr vasitəsilə “Hizbullah” ilə çox səmərəli görüş keçirdim və onlar bütün münaqişənin dayanacağını qəbul etdilər. İsrail onlara hücum etməyəcək və onlar da İsrailə hücum etməyəcəklər”.