Türkiyənin "Jandarma Gücü" komandası İspaniyada keçirilən və 40 ölkə təmsilçisinin iştirak etdiyi Polis və Yanğınsöndürən yarışlarında 101 medal qazanıb. Bu medallardan 60-ı qızıl, 27-si gümüş, 14-ü isə bürüncdür.
İspaniyanın Viqo şəhərində 9-18 oktyabr 2026-cı il tarixlərində 11-ci Avropa Polis və Yanğınsöndürən Oyunları təşkil olunub. "Jandarma Gücü" komandası bu yarışlara 16 idmançı ilə qatılıb.
Müxtəlif regionlardan 40 ölkə təmsilçisinin iştirak etdiyi turnirdə Türkiyənin "Jandarma Gücü" komandası böyük uğura imza atıb. Komanda 60 qızıl, 27 gümüş və 14 bürünc olmaqla, ümumilikdə 101 medal qazanıb. Türkiyə təmsilçiləri atıcılıq, üzgüçülük, akvatlon, atletika, səmti müəyyənetmə, qol güləşi, güləş, cüdo, kikboksinq və boks daxil olmaqla, 10 idman növündə müvafiq yerlər tutublar.
Nümayəndə heyətinin 16 idmançısının hamısı medalla mükafatlandırılıb.
Türkiyə Jandarma üzgüçülük komandası 29, atletika komandası 27, səmti müəyyənetmə komandası 17, atıcılıq komandası 16 medal qazanıb. Kikboksinq və güləş komandalarının hər biri isə 6 medal əldə edib.





















