SİYASƏT
1 dəqiqə oxuma
D.Tusk:"Avropa ölkələrinin birliyini qorumağa davam edəcəyik"
Polşanın Baş naziri Donald Tusk Berlində ‘‘E5’’ ölkələrinin liderləri ilə NATO-nun baş katibi Mark Rutte arasındakı görüşdən sonra keçirilən birgə mətbuat konfransında mühüm bəyanatlarla çıxış edi
D.Tusk:"Avropa ölkələrinin birliyini qorumağa davam edəcəyik"
D.Tusk:"Avropa ölkələrinin birliyini qorumağa davam edəcəyik"

Polşanın Baş naziri Donald Tusk Berlində ‘‘E5’’ ölkələrinin (Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşa) liderləri ilə NATO-nun baş katibi Mark Rutte arasındakı görüşdən sonra keçirilən birgə mətbuat konfransında mühüm bəyanatlarla çıxış edib. D.Tusk Avropanın, Qərb dünyasının və Ukraynanın gələcəyinin Avropa və transatlantik birliyin qorunmasından birbaşa asılı olduğunu vurğulayıb. O, bu mesajın Ankarada keçiriləcək NATO sammitindən əvvəl beynəlxalq ictimaiyyətə aydın və birmənalı şəkildə çatdırılmasının vacibliyini qeyd edib.

Donald Tusk bəzi siyasətçilərin tənqidlərinə baxmayaraq Polşanın həm Avropa ölkələrinin birliyini, həm də transatlantik əlaqələri qətiyyətlə müdafiə edəcəyini diqqətə çatdırıb. Rusiyanın təcavüzkar siyasəti səbəbindən birbaşa təhlükə ilə üzləşən şərq cinahı ölkələrinin bütün beynəlxalq platformalarda təmsil olunmasını təmin etməyə çalışacaqlarını deyən Donald Tusk Polşa, Skandinaviya və Baltikyanı ölkələr, həmçinin Rumıniya prosesə cəlb edilmədən Rusiya ilə mövcud "sivilizasiyaların toqquşmasında" uğur qazanmağın çətin olacağını vurğulayıb. Baş nazir bildirib ki, müdafiə öhdəliklərinə məsuliyyətlə yanaşan bütün dövlətlər Avropanın və özlərinin milli müdafiə potensialını gücləndirmək üçün səylərini daha da artırmalıdırlar.