TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident Ərdoğan ilə ABŞ Prezidenti Tramp arasında telefon danışığı olub
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub
Prezident Ərdoğan ilə ABŞ Prezidenti Tramp arasında telefon danışığı olub
(ARXİV) Prezident Ərdoğan ABŞ Prezidenti Tramp ilə telefonla danışıb.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən bəyanata görə, liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal miqyaslı məsələləri nəzərdən keçiriblər.

Prezident Ərdoğan İran ilə ABŞ arasındakı gərginliyin aradan qaldırılmasında diplomatik kanallardan maksimum dərəcədə istifadə olunmasının vacibliyini bəyan edib. O, danışıqlar prosesinin davam edəcəyinə ümidvar olduğunu və Türkiyənin sülh təşəbbüslərinə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Telefon söhbəti zamanı Türkiyə dövlət başçısı ötən həftə Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış Birgə Müdafiə Sazişinin regional sabitlik və təhlükəsizliyin təminatında qətiyyətli mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Prezident Ərdoğan əsas hədəfin Qəzza sülh prosesinin ikinci mərhələsinə keçid olduğunu xatırladıb. İsrail rəhbərliyinin fələstinlilərə qarşı getdikcə artan təzyiq və addımlarına toxunan Ərdoğan Türkiyənin regionda davamlı sülhün bərqərar olunması və Qəzzanın bərpası istiqamətində atılan addımları dəstəkləməyə davam edəcəyini dilə gətirib.