TÜRKİYƏ
1 dəqiqə oxuma
R.T.Ərdoğan: "Regional aktyorlar sülh və təhlükəsizliyin açarıdır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əsas regional aktyorları kənarlaşdıran heç bir yanaşma bölgədə sülh və təhlükəsizliyi təmin edə bilməz
R.T.Ərdoğan: "Regional aktyorlar sülh və təhlükəsizliyin açarıdır"
R.T.Ərdoğan: "Regional aktyorlar sülh və təhlükəsizliyin açarıdır" / AA
3 saat əvvəl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əsas regional aktyorları kənarlaşdıran heç bir yanaşma bölgədə sülh və təhlükəsizliyi təmin edə bilməz. Parlamentlərarası Birliyin 152-ci Baş Assambleyası münasibətilə təşkil edilən ziyafətdə çıxış edən dövlət başçısı vurğulayıb ki, regionun aparıcı güclərinin iştirakı olmadan qurulan strukturlar uğursuzluğa məhkumdur.

R.T.Ərdoğan İkinci Dünya Müharibəsindən sonra formalaşmış mövcud beynəlxalq sistemin ciddi "legitimlik böhranı" yaşadığını qeyd edib. Fələstin məsələsinə də toxunan Türkiyə lideri ədalətli və davamlı sülhün yeganə yolunun "iki dövlətli həll" modeli olduğunu bildirərək, dünya parlamentarilərini bu istiqamətdə birgə addım atmağa çağırıb.

Türkiyənin Afrika ilə bağlı siyasətinin bərabərhüquqlu tərəfdaşlıq prinsipi ilə daha da möhkəmləndiyini deyən R.T.Ərdoğan rəsmi Ankaranın Sudandakı qeyri-sabitliyi aradan qaldırmaq üçün bütün diplomatik səyləri fəal şəkildə dəstəklədiyini diqqətə çatdırıb.