SİYASƏT
1 dəqiqə oxuma
Aİ xəbərdarlıq etdi: BMT Nizamnaməsi prinsipləri "birbaşa hücum altındadır"
Aİ xəbərdarlıq etdi: BMT Nizamnaməsi prinsipləri sülh diplomatiyası günündə "birbaşa hücum altındadır"
Aİ xəbərdarlıq etdi: BMT Nizamnaməsi prinsipləri "birbaşa hücum altındadır"
Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas / Reuters

Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq və Sudandakı münaqişələrlə birlikdə beynəlxalq qaydalara əsaslanan nizamın artan təzyiq altında olduğunu bildirib.

Aİ-nin xarici siyasət rəhbəri Kallas aprelin 23-də Beynəlxalq Çoxtərəflilik və Sülh naminə Diplomatiya Günü münasibətilə verdiyi açıqlamada beynəlxalq nizamın getdikcə artan bir təzyiq altında olduğunu qeyd edib.

Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən aprelin 23-də yayımlanan bəyanatda Kaya Kallas deyib: “Dünya kritik bir dönüş nöqtəsindədir. Beynəlxalq qanun qaydaları yumşadıldı, diqqətdən kənarda qaldı və ya açıq-aşkar pozuldu. Sülh və təhlükəsizliyi qorumaq məqsədilə yaradılmış qurumlar isə çətinliklərlə qarşı-qarşıyadır”.

Rusiya-Ukrayna müharibəsi ilə Yaxın Şərq və Sudandakı müharibələri beynəlxalq qaydalara əsaslanan nizam üzərindəki artan təzyiqə nümunə kimi göstərən Kallas: deyib: “BMT Nizamnaməsinin prinsipləri birbaşa hücum altındadır. BMT qlobal mənafeləri təmsil etmək legitimliyinə malik yeganə universal çərçivə olaraq qaldı, lakin yalnız legitimlik kifayət etmir”.

Kallas çoxtərəfliliyin dəbdən düşdüyü üçün deyil, prinsiplərinin qorunmadığı və ya tətbiq edilmədiyi üçün uğursuzluğa düçar olduğunu vurğulayaraq, Aİ-nin çoxtərəfli sistemi gücləndirməkdə qərarlı olduğunu və bu sistemin daha effektiv, inklüziv və hesabatlı hala gəlməsinin vacibliyini qeyd edib.

Kallas həmçinin yerli aktorları, qadınları, vətəndaş cəmiyyətini və gəncləri əhatə edən sülh proseslərinin və vasitəçilik səylərinin əhəmiyyətini xüsusi vurğulayıb.