TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan BMT-nin 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək
Prezident Rəcəb Tayyib Ərdoğanın BMT-nin Baş katibi Antonio Quterreş, eləcə də müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi gözlənilir
Prezident R.T.Ərdoğan BMT-nin 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək
Prezident R.T.Ərdoğan BMT-nin 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək / َAA

Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda təşkil olunacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak edəcək. Bu məqsədlə o, sentyabrın 20-dən etibarən ABŞ-yə dördgünlük səfər edəcək.

Bu barədə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran sentyabrın 19-da bəyanat verib. O bildirib ki, R.T.Ərdoğan yüksəksəviyyəli ümumi müzakirələrin başlayacağı sentyabrın 22-də BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək.

Qeyd edək ki, builki sessiya "Etimadı yenidən bərpa etmək, transformasiyanı idarə etmək: hamı üçün nəticə verən BMT" mövzusu haqqında keçirilir.

Ölkə başçısı R.T.Ərdoğanın səfər çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü nəzərdə tutulur. Eyni zamanda onun müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi də gözlənilir.

Türkiyə dövlət başçısının ABŞ-də yaşayan Türkiyə vətəndaşlarının nümayəndələri ilə görüşləri planlaşdırılır. Bundan əlavə, onun Türkiyə-Amerika biznes dairələri və tədqiqat instutlarının iştirakı ilə təşkil olunacaq müxtəlif tədbirlərə qatılması nəzərdə tutulur.

Xatırladaq ki, BMT Baş Assambleyası beynəlxalq diplomatik görüşlərin keçirildiyi əsas platformalardan biri hesab olunur.

MƏNBƏ:TRT