TÜRKİYƏ
1 dəqiqə oxuma
Malatya şəhərində helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub
Noyabrın 12-də Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopter naməlum səbəbdən qəzaya uğrayıb
Malatya şəhərində helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub
Malatyada helikopter qəzaya uğrayıb / TRT Azerbaycan

Milli Müdafiə Nazirliyi noyabrın 12-də axxşam radələrində Malatya şəhərində qəzaya uğrayan "S-70" tipli helikopterdəki 4 hərbçinin şəhid olduğunu bildirib.

Nazirlikdən verilən açıqlamada deyilib: "S-70 tipli helikopterin hələlik naməlum səbəbdən Malatyada qəzaya uğraması nəticəsində helikopterdə olan 4 qəhrəman silahdaşımız şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz xalqımıza başsağlığı və səbir diləyirik".

Hadisə ilə bağlı Malatya Cümhuriyyət Baş Prokurorluğu tərəfindən araşdırmaya başlanılıb.