TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan "Yonhap" xəbər agentliyinə müsahibə verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində bu ölkənin "Yonhap" xəbər agentliyinə müsahibə verib
Rəcəb Tayyib Ərdoğan "Yonhap" xəbər agentliyinə müsahibə verib
Rəcəb Tayyib Ərdoğan "Yonhap" xəbər agentliyinə müsahibə verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində bu ölkənin "Yonhap" xəbər agentliyinə müsahibə verib. Dövlət başçısı Türkiyə ilə Cənubi Koreya arasında hərbi, texnoloji və energetika sahələrində mövcud tərəfdaşlığın perspektivlərindən danışıb.

Prezident Ərdoğan Sinop Atom Elektrik Stansiyası layihəsi üzrə Cənubi Koreyanın "Korea Electric Power Corporation" (KEPCO) şirkəti ilə birgə aparılan texniki və iqtisadi qiymətləndirmə işlərinin davam etdiyini bildirib.

Dövlət başçısı Cənubi Koreyanın Türkiyə istehsalı olan "PD170" turbodizel təyyarə mühərrikinə maraq göstərməsindən memnunluğunu ifadə edib. O, iki ölkə arasında pilotsuz uçuş aparatları, mühərrik texnologiyaları və elektron sistemlər üzrə birgə fəaliyyətin genişləndirilə biləcəyini vurğulayıb. Türkiyə lideri həmçinin yarımkeçiricilər, robototexnika və süni intellekt kimi qabaqcıl texnologiya sahələrində qarşılıqlı investisiyaları artırmağı hədəflədiklərini diqqətə çatdırıb.

Qlobal ticarət yollarındakı təhlükəsizlik risklərinə, xüsusilə Hörmüz boğazı ətrafındakı gərginliyə toxunan Ərdoğan alternativ logistik marşrutların vacibliyini qeyd edib. Türkiyənin Asiya ilə Avropa arasında strateji körpü rolu oynadığını xatırladan Prezident tarixi Hicaz dəmir yolunun dirçəldilməsi planlarını da gündəmə gətirib.

Ərdoğan Cənubi Koreya şirkətlərini Türkiyənin regional nəqliyyat və logistika layihələrində daha fəal iştirak etməyə və birgə investisiya imkanlarını qiymətləndirməyə çağırıb.