İraqa rəsmi səfər edən İran İslam Şurası Məclisinin (parlamentinin) sədri Məhəmməd Bağır Qalibaf proqramına İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" Qüvvələrinin sabiq komandiri Qasım Süleymaninin abidəsini ziyarətlə başlayıb.
İran Parlamentinin "Telegram" kanalında yayımlanan bəyanata görə, Qalibaf və onu müşayiət edən nümayəndə heyəti Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında Süleymaninin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Qalibafın İraqa rəsmi səfərinin iki gün davam edəcəyi bildirilir.
Xatırladaq ki, SEPAH-ın "Qüds" Qüvvələrinin komandiri Qasım Süleymani və İraqın "Xalq Səfərbərlik Qüvvələri"nin ("Əl-Həşd əş-Şaabi") sədr müavini Əbu Mehdi əl-Mühəndis 2020-ci il yanvarın 3-də ABŞ Silahlı Qüvvələrinin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında həyata keçirdiyi aviazərbə nəticəsində qətlə yetiriliblər.






















