TÜRKİYƏ
1 dəqiqə oxuma
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Məlumata görə, səfər çərçivəsində Hakan Fidanın Tripoli və Benqazidə görüşlər keçirməsi nəzərdə tutulub
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Nazir Fidan Liviyaya rəsmi səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Liviyaya rəsmi səfər edəcək.

Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, səfər çərçivəsində Hakan Fidanın Tripoli və Benqazidə görüşlər keçirməsi nəzərdə tutulub. Görüşlər zamanı ikitərəfli münasibətlərin siyasi, ticari, hərbi və enerji sahələrində inkişaf etdirilməsi diqqət mərkəzində olacaq.

Hakan Fidanın görüşlərdə Liviyadakı siyasi proseslər ətrafında fikir mübadiləsi aparacağı, ölkənin sabitliyinə verilən önəmi vurğulayacağı və BMT-nin dəstəklədiyi sülh təşəbbüslərinə Türkiyənin töhfələrini diqqətə çatdıracağı gözlənilir.

Görüşlərdə həmçinin Türkiyənin "Vahid Liviya" siyasətinə sadiq olduğu bir daha ifadə olunacaq. Müzakirələr zamanı Şərqi Aralıq dənizində hər iki ölkənin ortaq maraqlarının qorunması məsələsi də gündəmə gələcək.