TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Türkdilli dövlətlərin energetika nazirləri İstanbulda bir araya gələcək
Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin enerji nazirlərinin beşinci görüşünə ev sahibliyi edəcək
Türkdilli dövlətlərin energetika nazirləri İstanbulda bir araya gələcək
Türkdilli dövlətlərin energetika nazirləri İstanbulda bir araya gələcək / AA
8 dekabr 2025

Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin enerji nazirlərinin beşinci görüşünə ev sahibliyi edəcək.

Nazirliyin açıqlamasına görə, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar 9-10 dekabr tarixlərində İstanbulda keçiriləcək görüşdə mövcud və potensial əməkdaşlığı müzakirə etmək üçün həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

Türkiyənin təşkilatçılığı ilə keçiriləcək görüşdə TDT Katibliyi, TDT üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, eləcə də TDT müşahidəçi üzvləri Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası iştirak edəcək.

9 dekabrda Texniki Enerji İşçi Qrupunun Görüşü, 10 dekabrda isə nazir Alparslan Bayraktarın ev sahibliyi ilə nazirlər səviyyəsində görüş keçiriləcək.

Görüş zamanı bərpa olunan enerji mənbələri, neft və təbii qaz, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, ağıllı şəbəkələr, enerji saxlama, hidrogen və karbon tutma texnologiyaları, eləcə də vacib minerallar və nadir torpaq elementləri daxil olmaqla, enerjinin bütün sahələri müzakirə olunacaq və qiymətləndiriləcək.

Görüşdə həmçinin Türkdilli dövlətlər arasında enerji əməkdaşlığının inkişaf etdirilməsi üçün konkret addımlar müzakirə olunacaq.

Araşdırma
TDV Bakı Türk Liseyində iftar süfrəsi təşkil edilib
Türkiyə və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti arasında yeni iqtisadi saziş imzalanacaq
Həmrəyliyin simvoluna çevrilən qırmızı avtomobil
Ankarada ümumi türk əlifbası müzakirə edildi
20 Yanvar hadisələrindən 36 il ötür
Ərdoğan: "Türkiyə Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişi dəstəkləyir"
Türkiyə və Azərbaycan arasında enerji, ticarət və investisiya sazişi imzalandı
Ankarada ''Türk dilinə xidmət'' mükafatları mərasimi keçirildi
Səhləb: Osmanlıdan bu günə bir qış nağılı
Ərdoğan: "Tarixi məsuliyyətimizin bir hissəsi olaraq sülh və dialoqun qurulması üçün çalışırıq"
Türkiyə təxirə salınan Xəzər qaz boru kəməri üçün vasitəçilik edəcək
Qazaxıstan neft marşrutlarını nəzərdən keçirir
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Ankarada Beynəlxalq Qədim Türk Dili Simpoziumu təşkil edildi
Rusiya və Qırğızıstan arasında geniş əməkdaşlıq üzrə saziş imzalanacaq
Qazaxıstan AASQM-nın ölkədəki fəaliyyətini dayandırıb
Ankarada Beynəlxalq Türk Akademiyasının 15-ci ildönümü qeyd olunacaq
Çin xarici işlər naziri üç Mərkəzi Asiya ölkəsini ziyarət edəcək
Türkiyə dövləti Ahıska türklərinin Gürcüstandan sürgün edilməsinin 81-ci ildönümünü anır
Zəfər Günü münasibətilə Ankarada rəsmi qəbul təşkil olunub