DÜNYA
1 dəqiqə oxuma
İsrail Livanın cənubuna ağır zərbələr endirməkdə davam edir
İsrail ordusunun Livanın cənubuna təşkil etdiyi hücumlar nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə yaralanıb
İsrail Livanın cənubuna ağır zərbələr endirməkdə davam edir
İsrail Livanın cənubuna ağır zərbələr endirməkdə davam edir / AFP

Livan Milli Xəbər Agentliyinin məlumatına görə, ölkənin cənubunda qüvvədə olan müvəqqəti atəşkəsə baxmayaraq, İsrail ordusunun mayın 1-də həyata keçirdiyi yeni hava hücumu nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Qeyd edək ki, İsrailin Livanın cənubundakı müxtəlif məntəqələrə endirdiyi zərbələr nəticəsində isə eyni ailənin dörd üzvü də daxil olmaqla, azı 29 nəfər həyatını itirib, 42 nəfər yaralanıb. Martın 2-dən etibarən İsrailin Livana qarşı davam edən hərbi əməliyyatları ümumilikdə 2600-ə yaxın insanın ölümünə və 1 milyondan çox insanın öz yurd-yuvasından didərgin düşməsinə səbəb olub.

Aprelin 17-də elan edilən və müddəti mayın 17-dək uzadılan 10 günlük atəşkəs rejiminə baxmayaraq, İsrail tərəfi hər gün razılaşmanı pozmağa davam edir.