SİYASƏT
1 dəqiqə oxuma
D.Tramp baş verən silahlı hücumu İrana qarşı aparılan müharibə ilə əlaqələndirib
Baş verən hadisədən sonra ABŞ liderinin İranla sülh danışıqları aparmaq məqsədilə Pakistana planlaşdırılan səfəri ləğv edilib
D.Tramp baş verən silahlı hücumu İrana qarşı aparılan müharibə ilə əlaqələndirib
D.Tramp baş verən silahlı hücumu İrana qarşı aparılan müharibə ilə əlaqələndirib / Reuters

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp aprelin 25-də bildirib ki, Ağ Ev müxbirlərinin şam yeməyi tədbirində baş verən silahlı hücum onu İran müharibəsindən çəkindirməyəcək, lakin hadisənin münaqişə ilə əlaqəli olma ehtimalının zəyif olduğunu bildirib.

D.Tramp hadisədən sonra Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada deyib: “Bu, məni İranda müharibəni qazanmaqdan çəkindirməyəcək. Baş verən hadisənin İran müharibəsi ilə əlqəli olub-olmadığını bilmirik və bu haqda heç vaxt dəqiq bir söz demək olmaz.”

D.Tramp törədilmiş hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Qeyd edək ki, aprelin 25-də Vaşinqtonda prezident Donald Trampın iştirak etdiyi tədbirə silahlı hücum təşkil etməkdə ittiham olunan şübhəli şəxs saxlanıb. Federal prokuror Cenin Pironun verdiyi məlumata görə, şübhəli aprelin 27-də hakim qarşısına çıxarılacaq.

Prokuror bildirib ki, şübhəli şəxs həm törətdiyi hücuma görə həm də hücum zamanı federal vəzifəli şəxsə odlu silahdan atəş açdığına görə ittiham olunacaq.

Həmçinin bildirilir ki, törədilən hücum hadisəsindən sonra ABŞ liderinin İranla sülh danışıqları aparmaq məqsədilə Pakistana planlaşdırılan səfəri ləğv edilib.

MƏNBƏ:TRT