İQTİSADİYYAT
1 dəqiqə oxuma
Mehmet Şimşək Türkiyənin qlobal ticarət marşrutlarına yatırdığı investisiyalardan danışıb
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek "Kanal 7" tərəfindən təşkil edilən Yüksələn Türkiyə Zirvələrində çıxış edərək ölkənin qlobal ticarət marşrutlarındakı strateji rolu və iqtisadi gözləntilər barədə mühüm bəyanatlar verib
Mehmet Şimşək Türkiyənin qlobal ticarət marşrutlarına yatırdığı investisiyalardan danışıb
Mehmet Şimşək Türkiyənin qlobal ticarət marşrutlarına yatırdığı investisiyalardan danışıb / AA

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek "Kanal 7" tərəfindən təşkil edilən Yüksələn Türkiyə Zirvələrində çıxış edərək ölkənin qlobal ticarət marşrutlarındakı strateji rolu və iqtisadi gözləntilər barədə mühüm bəyanatlar verib. Nazir Türkiyənin "İnkişaf Yolu" və "Orta Dəhliz" kimi layihələrə yatırdığı investisiyaların qlobal parçalanma riskinə qarşı ölkənin mövqeyini gücləndirdiyini vurğulayıb.

Dünyanın görünməmiş səviyyədə qeyri-müəyyənlik, qütbləşmə və münaqişələrlə üz-üzə qaldığını qeyd edən M.Şimşek Yaxın Şərqdəki gərginliyin makroiqtisadi təsirlərinə diqqət çəkib. Nazir bildirib ki, bazarlar qlobal inflyasiyanın artması, maliyyə şərtlərinin sərtləşməsi və iqtisadi artım tempinin zəifləməsi riskləri ilə üz-üzədir.

Nazir Bəsrədən Türkiyəyə uzanan "İnkişaf Yolu" layihəsinin təxminən 1250 kilometrlik dəmir yolu və magistral xətti, həmçinin enerji dəhlizini əhatə etdiyini bildirib. Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraqın da bu layihədə tərəfdaş olduğunu qeyd edən M.Şimşek Asiyanı Avropaya birləşdirən "Orta Dəhliz"in əsas hissəsinin məhz Anadoludan keçdiyini xatırladıb.

Layihənin mühüm komponentlərindən biri olan Yavuz Sultan Səlim körpüsünə toxunan nazir İstanbuldakı 3-cü körpünün dəmir yolu bağlantısı üçün xüsusi olaraq geniş inşa edildiyini vurğulayıb. 8,1 milyard dollarlıq bu nəhəng layihənin maliyyələşdirilməsinin 83 faizinin beynəlxalq maliyyə qurumları tərəfindən təmin ediləcəyi açıqlanıb. Mehmet Şimşek həmçinin Türkiyənin "Orta Dəhliz"i gücləndirmək məqsədilə Dünya Bankı ilə müqavilə imzaladığını da xatırladıb.

Araşdırma
Razılıq əldə olunmadı: Neft qiymətləri qəfil yüksəldi
ABŞ ilə İran arasındakı gərginlik artdıqca fond bazarları aşağı düşüb, neft qiymətləri yüksəlib
Neft qiymətləri artmaqda davam edir
Cevdet Yılmaz: "Türkiyə qlobal qeyri-müəyyənlik mühitində investesiya imkanlarını gücləndirir"
BVF: Avropa daha yüksək inflyasiya və daha yavaş böyüməyə doğru sürüklənə bilər
Türkiyə və Dünya Bankı arasında 1,67 milyard avroluq müqavilə imzalandı
ABŞ-nin blokada qərarı neft qiymətlərinin kəskin bahalaşmasına səbəb oldu
Neft qiymətləri düşür, qlobal səhmlər yüksəlir
Hörmüz boğazında yaranan fasilələr Türkiyəni etibarlı alternativ tranzit yol edir
FAO:''Müharibə səbəbindən artan enerji və gübrə xərcləri ərzaq qiymətlərini artırır''
Neftin qiyməti rekord həddə çatıb
Neft qiymətləri düşüb, İran müharibəsinin səngiyəcəyinə dair ümidlər səhm bazarlarını yüksəldib
İsrail iqtisadiyyatı Qəzzadakı iki illik soyqırım səbəbindən 57 milyard dollar itirib
Bazarlar çökdü: Trampın İrana 48 saatlıq ultimatumundan sonra neft qiymətləri yüksəldi
BEA rəhbəri: "Hörmüz boğazı böhranı qlobal iqtisadiyyat üçün “ciddi təhdid” yaradır
Pentaqon İran müharibəsi üçün 200 milyard dollardan çox təcili vəsait tələb edib
Hörmüz boğazından təxminən 90 gəmi keçib
İKRİ və rəsmi Bağdad Türkiyənin Ceyhan limanı üzərindən neft ixracı ilə bağlı razılığa gəlib
Yaxın Şərqdə neft qiymətləri müharibənin tələbə olan təsiri ilə qlobal zirvəyə yüksəldi
İraq Hörmüz boğazının bağlanmasından sonra neft ixracı üçün Kərkük–Türkiyə boru xəttinə yönəlir