DÜNYA
1 dəqiqə oxuma
ABŞ ordusu Sakit okeanda əməliyyat keçirdi
ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Şərqi Sakit Okeanda həyata keçirilən xüsusi əməliyyat nəticəsində üç narkotik qaçaqmalçısının zərərsizləşdirildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda əməliyyat keçirdi
ABŞ ordusu Sakit okeanda əməliyyat keçirdi / Reuters

ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Şərqi Sakit Okeanda həyata keçirilən xüsusi əməliyyat nəticəsində üç narkotik qaçaqmalçısının zərərsizləşdirildiyini açıqlayıb.

Komandanlığın rəsmi "X" platformasındakı hesabında verilən məlumata görə, əməliyyat aprelin 26-da Cənub Komandanlığının rəhbəri, general Frensis L. Donovanın göstərişi ilə icra olunub. Bildirilir ki, "Joint Task Force Southern Spear" Birgə Əməliyyat Qüvvələri tərəfindən terror təşkilatlarının nəzarətində olan gəmiyə ağır zərbə endirilib.

Gəminin narkotik marşrutu ilə hərəkət etdiyi və qaçaqmalçılıqla məşğul olduğu dəqiqləşdirilib. Əməliyyat zamanı "narko-terrorçu" olduğu bildirilən üç nəfər öldürülüb, ABŞ hərbçiləri arasında isə xəsarət alan olmayıb. Hücumun baş verdiyi dəqiq koordinatlar, ölənlərin şəxsiyyəti və hədəf alınan dəniz nəqliyyat vasitəsinin növü barədə məlumat açıqlanmayıb.