DÜNYA
1 dəqiqə oxuma
ABŞ-nin Ayova ştatında baş verən silahlı hücumda hadisəni törədən şəxs daxil olmaqla 7 nəfər ölüb
52 yaşlı şübhəli Rayan Uillis Makfarland hücumdan sonra intihar edib
ABŞ-nin Ayova ştatında baş verən silahlı hücumda hadisəni törədən şəxs daxil olmaqla 7 nəfər ölüb
[ARXİV] Polis qurbanlardan dördünün eyni evdə ölü tapıldığını bildirib. / AP

Polis bu gün (2 iyun 2026) ABŞ-in Ayova ştatında baş verən silahlı hücumda altı nəfərin həyatını itirdiyini açıqlayıb. Şübhəli şəxs isə polislə qarşılaşdığı çayın kənarında intihar edib.

Masketin (Muscatine) Polis Departamentindən verilən açıqlamaya görə, qətllər Masketindəki iki yaşayış evi və bir iş yerində baş verib, qurbanlardan dördünün eyni evdə ölü tapıldığı bildirilib.

İlkin nəticələr atışmaların məişət münaqişəsi zəminində baş verdiyini göstərir. Bütün qurbanların mərhum şübhəlinin ailə üzvləri olduğuna inanılır.

Rəsmilər hadisə ilə bağlı yerli vaxtla saat 12:12-də (17:12 GMT) məlumatlar aldıqlarını, Masketin Polis Departamentindən hadisə yerinə gedən qrupların dörd qurbanın da ölü olduğunu müəyyən etdiklərini bildiriblər.

Polis şübhəlinin Masketindən olan 52 yaşlı Rayan Uillis Makfarland olduğunu açıqlayıb. Müstəntiqlər polislər hadisə yerinə gəlməmişdən əvvəl şübhəlinin evi tərk etdiyini bildiriblər.

Səlahiyyətlilər şübhəlini piyada körpüsünün yaxınlığındakı "Riverfront Trail" cığırında tapıblar, polislə qarşılaşdığı an şübhəli silahını özünə tərəf çevirərək atəş açıb.

İstintaq aparan polis digər qurbanları da müəyyən edib, daha iki nəfərin cəsədini tapıb.

Hadisə ilə bağlı araşdırma davam edərkən, polis vəzifəlilərin bir neçə hadisə yerini araşdırmağa və şahidlərlə dindirmələr aparmağa davam etdiyini bildirib.