Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran "TRT World Forum 2026" münasibətilə Türkiyədə səfərdə olan Mohammed İdris Malagi və onu müşayiət edən heyətlə bir araya gəlib. Bu barədə B.Duran "NSosyal" hesabı üzərindən paylaşım edərək bildirib.
B.Duran paylaşımında deyib:
"Görüşdə Türkiyə ilə Nigeriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Eyni zamanda, ictimai diplomatiya və strateji kommunikasiya istiqamətində inkişaf etdirilə biləcək birgə layihələri dəyərləndirdik. İki ölkə arasındakı əlaqələrin kommunikasiya sahəsində də genişlənərək davam etməsini arzulayır, möhtərəm nazirə və onun heyətinə təşəkkürümü bildirirəm."
MƏNBƏ:TRT





















