Süni intellekt sahəsinin öncüllərindən olan Nobel mükafatı laureatı, alim Ceffri Hinton bəşəriyyətin bu texnologiyanı heç yaratmaması ehtimalının daha xeyirli ola biləcəyini bildirib. O, bu haqda "The Guardian" qəzetinə müsahibə verərkən danışıb.
Gələcəkdə süni intellekt mənbəli yaşana biləcək olası böhranları Çernobıl qəzasına oxşadan C.Hinton süni intellektin bu il və ya gələn il elektrik, eləcə də maliyyə sistemlərində böyükmiqyaslı kəsilmələrə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
O, müsahibəsində elektrik ötürücü xətlərini və ya maliyyə infrastrukturlarını bir həftə müddətində iflic edəcək hücumların baş verə biləcəyini ifadə bildirib.
Bəşəriyyətin bu texnologiyanın risklərini idarə edib-edə bilməyəcəyinin 10 il ərzində dəqiqləşəcəyini bildirən alim, əks halda kütləvi işsizliyin və cəmiyyətdə dərin parçalanmaların yaşanacağını vurğulayıb.
Texnologiya şirkətlərinin rəhbərlərinə tənqid
Sahənin aparıcı şirkət rəhbərlərini də tənqid edən C.Hinton təhlükəsizlik risklərinin diqqətdən kənarda saxlanıldığını qeyd edib.
C.Hinton süni intellekt modellərinin istifadəyə verilməzdən əvvəl, səhiyyə və farmasevtika sektorunda olduğu kimi, müstəqil qurumlar tərəfindən ciddi sınaqlardan keçirilməsinin vacibliyini bildirib.





















