İQTİSADİYYAT
2 dəqiqə oxuma
Türkiyənin 9 aylıq avtomobil ixracında 73 faiz artım olub
Türkiyə avtomobil sənayesi yanvar-sentyabr dövründə Avropa İttifaqı ölkələrinə 22 milyard 948 milyon 277 min dollarlıq ixrac reallaşdırıb
Türkiyənin 9 aylıq avtomobil ixracında 73 faiz artım olub
Almaniyada TOGG (Arxiv)

Türkiyənin avtomobil sənayesi yanvar-sentyabr dövründə Avropa İttifaqı (Aİ) ölkələrinə 22 milyard 948 milyon 277 min dollarlıq ixracat həyata keçirib. Ən çox avtomobil ixrac edilən ilk 10 ölkədən 8-i Aİ üzvüdür.

Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin məlumatlarından əldə edilən göstəricilərə görə, sektor ilin 9 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artımla 31 milyard 144 milyon 829 min dollarlıq ixracat reallaşdırıb.

Yanvar-sentyabr dövründə 200-dən çox ölkəyə, muxtar və azad zonaya satış edən avtomobil sənayesinin ölkə ixracatındakı payı 14,8 faiz təşkil edib.

Sözügedən dövrdə avtomobil ixracatının 73,7 faizi Aİ ölkələrinə yönəlib. Aİ ölkələrinə xarici satış keçən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq 21 milyard 891 milyon 279 min dollardan 22 milyard 948 milyon 277 min dollara yüksəlib.

İlin 9 ayında "digər Avropa ölkələri" qrupuna 3 milyard 590 milyon 285 min, "Şimali Amerika Azad Ticarət Zonası" qrupuna 1 milyard 175 milyon 101 min, "Afrika ölkələri" qrupuna 1 milyard 109 milyon 695 min, "Müstəqil Dövlətlər Birliyi" qrupuna 940 milyon 755 min, "Yaxın Şərq ölkələri" qrupuna isə 493 milyon 385 min dollarlıq xarici satış həyata keçirilib.

Ən çox ixracat edilən ölkə yenə Almaniya oldu

Avtomobil sənayesinin əsas bazarı olan Almaniya bu dövrdə də ən çox ixracat edilən ölkə kimi qeydə alınıb.

Türkiyədən Almaniyaya 2025-ci ilin yanvar-sentyabr dövründə 4 milyard 943 milyon dollar təşkil edən avtomobil satışı, bu ilin eyni dövründə 2,6 faiz artaraq 5 milyard 70 milyon dollar olub.

İkinci yerdə qərarlaşan Fransaya illik müqayisədə 11,1 faiz artımla 3 milyard 820 milyon dollarlıq satış edilib. 2025-ci ilin 9 aylıq dövründə bu ölkəyə 3 milyard 436 milyon dollarlıq məhsul satılmışdı.

Aİ-dən ayrılan Birləşmiş Krallıq 2 milyard 928 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

İtaliyaya avtomobil ixracatında 18,5 faizlik artım qeydə alınıb. Bu ölkəyə keçən ilin yanvar-sentyabr dövründə 2 milyard 356 milyon dollar olan avtomobil satışı bu ilin eyni dövründə 2 milyard 790 milyon dollara yüksəlib.

İspaniya isə 4 faizlik azalma və 2 milyard 456 milyon dollarla ən çox ixracat reallaşan 5-ci ölkə olub.

Yanvar-sentyabr dövründə illik müqayisədə ən çox ixracat edilən ölkələr siyahısında Sloveniya 2 faiz düşüş və 1 milyard 656 milyon dollarla 6-cı, Polşa 4 faiz artım və 1 milyard 393 milyon dollarla 7-ci, Belçika 1 faiz azalma və 1 milyard 202 milyon dollarla 8-ci, ABŞ 4,7 faiz artım və 956 milyon dollarla 9-cu, Rumıniya isə 16 faiz düşüş və 943 milyon dollarla 10-cu sırada qərarlaşıb.